Hurriyyet.org xəbər verir ki, İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlərin normallaşdırılması müqaviləsindən sonra Dubay ilə Tel-Əviv şəhərləri arasında müntəzəm təyyarə reyslərinin həyata keçirilməsi başlayıb.
İlk dəfə olaraq Dubaydan Tel-Əvivə yola düşən təyyarə Ben Qurion hava limanında yerə enib. Mərasimdə İsrailin Baş naziri Binyamin Netanyahu da iştirak edib.