BƏƏ Aralıq dənizində Türkiyə ilə münasibətləri gərgin olan Yunanıstanla birgə təlimlərə hazırlaşır

192

 

Hurriyyet.org xəbər verir ki, İsrail ilə münasibətlərini normallaşdırmaq qərarını verən Birləşmiş Ərəb Əmirlikləri indi də Şərqi Aralıq dənizində Yunanıstan ilə birgə təlimlər keçirməyə hazırlaşır. Fransadan sonra BƏƏ də Yunanıstanla birgə təlimlərə hazırlaşır.

Yunan mətbuatının yazdığına görə, BƏƏ-nin 4 ədəd F-16 tipli təyyarəsi Krit adasındakı Suda hava bazasına təqribən 10 gün müddətində  yerləşərək yunan F-16-ları ilə birlikdə təlimlərə qoşulacaq. Ötən həftə yunan donanmasına məxsus 4 ədəd freqat, Fransanın “Tonnerre” vertolyot gəmisi, “La Fayette” freqatı və 2 ədəd Cənubi Kipr Yunan Respublikasına məxsus “Rafale” tipli təyyarə ilə birlikdə Şərqi Aralıq dənizində 3 saat davam edən birgə təlimlər keçirmişdi.