AzTV “Xankəndi qırğınları” adlı kampaniyaya dəstək verib

132

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması “Xankəndi qırğınları” adlı yeni kampaniyaya start verib.

Bu barədə Hurriyyet.org-a “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəis müavini Nigar Etibar bildirib.

O, Azərbaycan Televiziyasının texniki dəstəyi ilə hazırlanan hər bir çarxın süjet xətti erməni terrorunun qurbanı olmuş və bu gün də həmin ağrını yaşayan insanların həyat hekayələri üzərində qurulduğunu deyib:

“İlk qısa filmdə Xankəndindən olan müəllimin həyat hekayəsindən bəhs edilir. Bildirilir ki, Nuridə Məhərrəmova Xankəndində Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin müəllimi işləyib. Bu gün o, 1988-ci ilin əvvəllərindən etibarən Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanan və sentyabrın 18-dən məqsədli şəkildə Xankəndi şəhərində yaşayan azərbaycanlılara qarşı həyata keçirilən terror hadisələrinin yüzlərlə şahidi və zərərçəkənindən biridir.

“Xankəndi qırğınları” layihəsi çərçivəsində hazırlanan qısa filimlərin müxtəlif dillərə tərcüməsi və beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulub”.

https://www.youtube.com/watch?v=rIFZ1qbLZs4&feature=youtu.be

YƏHYA