AzTV-nin aparıcısına nazirlikdə VƏZİFƏ VERİLDİ

102

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə Rəşad Mehdili təyin olunub.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, Rəşad Mehdili indiyədək AzTV və İTV-də “Səhər proqramları” departamentinin direktoru, “Telesəhər”, “Yeni Gün” səhər proqramlarının aparıcısı, eyni zamanda, çalışdığı hər iki kanalda “Xəbərlər” və “Carçı” informasiya proqramlarının aparıcısı, müxbiri kimi fəaliyyət göstərib.