AzTV-nin əməkdaşları koronavirusa yoluxdu

81

“AzTV-nin əməkdaşlarından 6 nəfər koronavirusa yoluxub”.

Bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nərgiz Rəfiyeva məlumat verib.

O qeyd edib ki, bütün müəssisələrdə olduğu kimi, AzTV-də də bu hallara ciddi nəzarət olunur:

“Yüksək temperaturu olan şəxslər dərhal evə qaytarılır. Elə yoluxan əməkdaşların da işə gəldiyi ilk müddətdə qapıda yoxlama zamanı hərarəti müəyyənləşib və təcili geri qaytarılıblar.

Koronavirusa yoluxan əməkdaşlarımızın vəziyyəti normaldır. Kritik durumda olan yoxdur”./modern.az/