AzTV-dən Xocalı soyqırımı ilə bağlı erməni dilində VİDEOÇARX

6

Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin Xocalı soyqırımı ilə bağlı hazırladığı videoçarx 6 dildə təqdim olunub.

Hurriyyet.org-un məlumatına görə, Xocalı həqiqətlərinin dünyaya çatdırılması üçün videoçarx Azərbaycan dili ilə yanaşı rus, ingilis, erməni, gürcü, türk dillərinə tərcümə olunub.

Xocalı qurbanlarının üzləşdiyi soyqırımını faktlar əsasında canladıran 5 dəqiqəlik videoçarxda ermənilərin törətdiyi əməllərin bir qismi nümayiş olunur.

Videoçarxın erməni dilində olan variantını təqdim edirik.