“Azneft” dairəsində ağır qəza, xəsarət alan var

111

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə “Azneft” dairəsində qeydə alınıb.

İki minik avtomobilin toqquşması nəticəsində 1975-ci il təvəllüdlü Quliyev Raul Abbasqulu oğlu müxtəlif bədən xəsarətləri alib.

Yaralı əraziyə çağırılan təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır. \\Report