“Azərpoçt” “Əsgərə məktub” aksiyasını keçirir – VİDEO

    39

    "Azərpoçt" Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş "Əsgərə Məktub" adlı aksiya keçirib. Poçt əməkdaşları vətəndaşların əsgərlərə yazdıqları məktubları və hazırlanan bağlamaları tərtərdə n saylı hərbi hissədə əsgərlərə təqdim ediblər. Məktubları oxuyan əsgərlər duyğulu anlar yaşayıblar.

    İstər tanısınlar, istər tanımasınlar – ölkənin 4 bir tərəfindən vətəndaşlar ordumuzda xidmət edən əsgərlərə məktub və bağlamalar göndəriblər.

    Gələn məktubları oxuyan əsgərlər həm qürurlandılar, həm də duyğulu anlar yaşadılar..

    "Azərpoçt" maraqlı missiya yerinə yetirib. Qurum Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş "Əsgərə məktub" adlı aksiya keçirib. Aksiyanın məqsədi Azərbaycan vətəndaşının öz əsgərinə və ordusuna ehtiram və diqqətini "Azərpoçt" vasitəsilə çatdırmaq, həmçinin insanları məktub yazmağa təşviq etməkdir.

    "Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın!" şüarı ilə təşkil olunan aksiyanın iştirakçıları cəbhədə xidmət edən əsgərlərə öz arzularını çatdırıblar. Tərtərdə yerləşən N saylı hərbi hissədə məktub və bağlamaları alan əsgərlərin sevinclərinin həddi-hüdudu olmayıb.

    Paytaxtda 2 gün ərzində keçirilən aksiya zamanı 200-dən artıq məktub və bağlama cəbhə bölgəsində xidmət edən əsgərlərə çatdırılıb.