“Azərişığ”ın nizamnamə kapitalı 15% artırılır

    3

    “Azərişıq” ASC-nin nizamnamə kapitalı 218 071 810 manat və yaxud 14,93% artırılaraq 1 460 633 532 manatdan 1 678 705 342 manata çatdırılacaq.

    Hurriyyet.orgReport”a istinadən xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti səhmdar cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə 14 may 2015-ci il tarixli qərarına dəyişiklik edib.

    Qərara əsasən, "Azərişığ"ın dövriyyədə olan 2 manatlıq nominal dəyərə malik səhmlərinin sayı 730 316 766-dan 839 352 671-a qədər artırılacaq.