Azərbaycanlıların olduğu mikroavtobus Rusiyada qəzaya uğradı – Ölən və yaralananlar var

    30

    Dağıstanın Qayakənd rayonunun “Kavkaz” federal avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Hurriyyet.org virtualaz.org-a istinadən istinadən bildirir ki, hadisə zamanı “Lada Qranta” və “Hyundai Solaris” markalı avtomobillər Azərbaycan dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

    Baş vermiş qəza nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılar Qayakənd xəstəxanasına çatıdırılıb. Ölənlər 1993-cü il təvəllüdlü Axtın və 1994-cü il təvəllüdlü Qayakənd sakinləridir. Yaralılar arasında üç Azərbaycan vətəndaşı da var.