Azərbaycanlı tələbələrdən UNİKAL ETİRAZ – İran universitetlərində etiraz aksiyaları tüğyan edir – FOTO

    15

    Təbrizin Səhənd Sənaye Universitetinin tələbələri bundan əvvəl irəli sürdükləri tələblərin təmin edilmədiyinə etiraz olaraq aksiya keçiriblər.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, tələbələr bu məqsədlə dekabrın 4-də bir araya gələrək “Qeyrətli tələbə; etiraz, etiraz” və “Tələbə ölər, zilləti qəbul etməz” şüarları səsləndiriblər.

    Onlar, həmçinin, universitetdə verilən qidaların keyfiyyətinə etiraz edərək yeməklə dolu qabları universitetin həyətinə düzüblər. Etirazçılar universitetin məsul şəxslərini onların tələblərinə laqeyd yanaşmaqda günahlandırıblar. Onlar, əsasən, İran hökumətinin universitetdə tətbiq etdiyi bəzi siyasətlər, universitetin verdiyi xidmətlərin zəifliyi və bir çox xidmətlərin ödənişli olmasını protest edib.

    Buna bənzər etirazlar Tehranın Əmir Kəbir Sənaye Universiteti və Əllamə Təbatəbayi, həmçinin, Kirmanşahın Razi Universitetində də təşkil edilib.