Azərbaycanlı tələbə itkin düşdü

    33

    Azərbaycanlı tələbə İtaliyada itkin düşüb.

    Binədəqi rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini Əliguşad Xıdırov 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək oğlu, 24 yaşlı Cavid Xıdırlının yanvarın 10-da İtaliyanın Torino şəhərində itkin düşdüyünü bildirib.

    C.Xıdırlı İtaliyada ali təhsil alır.

    Daxil olan məlumat əsasında araşdırmalara başlanıb./apa/