Azərbaycanlı tələbə İtaliyada göldə boğularaq ölüb – FOTO

    6

    İtaliyada azərbaycanlı tələbə ölüb.

    Hurriyyet.org "Report"a istinadən xəbər verir ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı Elnur Babayev Kastel Qandolfo şəhərindəki göldə boğularaq həyatını itirib. Hadisə iyunun 2-də baş verib.

    Əməliyyat qrupları meyiti axtarmağda davam edir.

    Qeyd edək ki, E.Babayev ailənin yeganə oğludur. Onun atası artıq İtaliyadadır.