Azərbaycanlı qadınları fahişəliyə cəlb edən – 80 və 72 yaşlı qoca tutuldu – FOTO/VİDEO

    39

    Türkiyə fahişəliyə qarşı aparılan əməliyyat zamanı 4 azərbaycanlı qadın saxlanılıb.

    Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, Balıkəsirdə Sındırgı mahalında həyata keçirilən fahişəlik əməliyyatı zamanı 9 nəfər saxlanılıb. Onlardan 4-ü azərbaycanlıdır. Saxlanılan şəxslərdən izahat alındıqdan sonra, biri azərbaycanlı olmaqla daha üç nəfər (bir yaşlı kişi) saxlanılıb.

    Ümumilikdə aparılan əməliyyat zamanı 12 nəfər gözaltına alınıb. Məhkəmənin hökmü ilə, xarici ölkənin vətəndaşı olan qadınları gizli yollarla türkiyəyə gətirərək pul qarışılığında fahişəliyə cəlb edən E.Y. (48), M.S. (80), M.A.U. (72), F.D. (52) ve H.D. (31) həbs edilib, 8 nəfər qadın isə sərbəst buraxılıb.