Azərbaycanlı məşhurların əlavə biznesləri – Şadlıq evi, gözəllik salonu…

    3

    Hər kəsə məlumdur ki, yerli məşhurlarımız fəaliyyət göstərdiyi sahə ilə yanaşı əlavə bizneslə də məşğul olurlar.

    Hurriyyet.org primetime.az-a istinadən saytı tanınmışların əlavə biznesini təqdim edir:

    1.Əməkdar artist Tünzalə Ağayeva “Menar Azərbaycan” Uşaq İnkişaf Mərkəzinin yaradıcısıdır.

    2.Müğənni Zamiq Hüseynovun isə “ZH fashion man” adlı kişi geyim mağazası və eyni zamanda səsyazma studiyası var.

    3.Sevil-Sevinc bacıları isə bu yaxınlarda “SS nails” adlı gözəllik salonu açıblar. Qeyd edək ki, onların “SS footwear” ayaqqabı mağazası da fəaliyyət göstərir.

    4.Rəqqasə Oksana Rəsulovanın isə özünə məxsus “OksiMedia production” şirkəti var. O bununla yanaşı rəqs məktəbinin sahibidir.

    5.Rəqqasə Fatimə Fətəliyeva da həmkarı Oksana kimi rəqs məktəbinə başçılıq edir. Həmçinin onun “Banu” gözəllik salonu və xına evi var.

    6.Müğənni Xatirə İslam, Xuraman Şuşalı, aktrisa Tünzalə Əliyeva da xına biznesi ilə məşğuldur.

    7.Müğənni Emil Bədəlov isə biznes sarıdan uğursuzluğa düçar olanlardandır. Qeyd edək ki, Bədəlov bundan əvvəl də çay evi açmış və bir müddət sonra bağlamışdı. Sənətçi daha sonra səyahət şirkəti açıb və bir neçə aydan sonra işinin uğursuz olduğunu demişdi. Onun son biznesi isə “Emil” adlı gözəllik salonudur.

    8. Müğənni Rəqsanə İsmayılova isə burada yox Moskvada restoran sahibir.

    9. Müğənni Elçin Hüseynov isə “Niel” adlı şadlıq evi və “New life” adlı kafenin işlətməsi ilə məşğuldur.

    10. Müğənnilər Niyam Salami və Samir Priyev şərik olaraq Bodrumda ailəvi istirahət mərkəzinə başçılıq edirlər

    11. Müğənni Sevda Sənaliyeva ifaçılıq ilə yanaşı qənnadı işlə də məşğul olur. Belə ki, onun şirniyyat mağazası fəaliyyət göstərir.