Azərbaycanlı Emil Mammiyevin ixtirası enerji sahəsində inqilab edə bilər – ÖZ-ÖZÜNƏ ELEKTRİK İSTEHSAL EDƏN QURĞU

    27

    Hurriyyet.org xəbər verir ki, azərbaycanlı gənc heç bir güc mənbəyindən istifadə eləmədən elektrik istehsal edən qurğu ixtira edib.

    Almaniyada yaşayan azərbaycanlı Emil Mammiyev yeddi il bu ixtira ilə bağlı planlar qurub və son bir il ərzində ixtirasını həyata keçirə bilib. Emil Mammiyev kənardan heç bir qüvvə mənbəyinə ehtiyac hiss eləmədən öz-özünə elektrik istehsal edə bilən qurğu ixtira edib.

    Dünyada ilk dəfə öz-özünə elektrik istehsal edən qurğu mətbuat konfransı vasitəsilə ictimaiyyətə təqdim edilib. Konfransda ixtiraçı Emil Mammiyev, sponsoru Murat Rona, “Rimatek” şirkətinin sahibi və layihənin dəstəkçisi biznesmen Hüseyin Aydın, Tural Paşayev və patent vəkili doktor Armin Hamel də iştirak ediblər. Konfrans iştirakçıları bu cihazın dünyada yeganə olduğunu bildiriblər.

    Hazırlanması 1 il davam edib

    Almanya'da Azeri Türk Emil Mammiev tarafından üretilen, dışarıdan hiçbir güç kaynağına ihtiyaç duymadan kendi kendine elektrik üretebilen cihazın tanıtımı yapıldı.

    Təqribən 1 il bundan əvvəl hazırlanmağa başlayan cihazın əvvəlcə bəzi qüsurlarının olduğu, lakin bu problemlərin aradan qaldırıldığı bildirilib. Cihazın tamamilə fizika qanunları çərçivəsində işlədiyini bildirən Emil Mammiyev deyib: “Biz buna rəqsi hərəkət deyirik. Rəqsi hərəkət də bir qüvvədir. Qüvvə olmadan həyatda heç nə hərəkət edə bilməz. Biz və bu rəqsi hərəkətin qüvvəsini kəşf eləmişik və həm dövrə, həm də təzyiqin qüvvəsindən istifadə edərək enerji istehsal edirik. Bu alətin içərisinə qüvvəsini özündən alan elektrikli kiçik motor və kiçik kompressor yerləşdirdik. Öz ehtiyacını da özü ödəyir. Bu alət ilə 1500 kv saat elektrik istehsal edə bilərik. Hazırda model olaraq istehsal elədiyimiz bu cihaz ilə kənara yarım kilovat enerji verə bilirik. Bu cihazdan 10, 50, 100 və 200 lilovatlıq enerji alına bilmesi üçün, çertyojunu çəkib hesablama bürosuna göndərməliyik ki, müvafiq böyüklükdə qurğular hazırlayaq. Bundan sonra hazırlanacaq cihaz model yox, həftənin 7 günü 24 saat enerji istehsal edə biləcək qurğu olacaq”.

    Satmaq niyyətində deyillər

    +Azeri+T%C3%BCrk+hi%C3%A7+bir+g%C3%BC%C3%A7+kayna%C4%9F%C4%B1+kullanmadan+elektrik+%C3%BCreten+makine+yapt%C4%B1++

    Məsələ ilə bağlı türkiyəli jurnalistə açıqlama verən Emil Mammiyev ixtira elədikləri qurğunu qətiyyən satmaq niyyətində olmadıqlarını bildirib. O, 300 klovat gücündə enerji istehsal edə bilən cihaz qurub əldə edilən elektriki satmaq istədiklərini söyləyib. Mammiyev Almaniyada Beynəlxalq Patent müraciəti elədiklərini də deyib.

    Hurriyyet.org