Azərbaycanlı deputat AŞPA komitəsinin məruzəçisi seçildi

    12

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun Sosial məsələlər komitəsinin iclası keçirilib.

    Hurriyyet.org-un xəbərinə görə, iclasda komitənin "Autizm diaqnozlu insanların və onların ailələrinin müalicəsi" adlı mövzu ilə bağlı məruzəçisinin təyin edilməsi üçün səsvermə keçirilib.

    Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın və britaniyalı Lord Don Touhiqin namizədliyi irəli sürülüb.

    S.Fətəliyeva səslərin əksəriyyətini toplayaraq Sosial məsələlər komitəsinin məruzəçisi seçilib.