Azərbaycanlı alimin məqaləsi beynəlxalq jurnalda dərc edildi

    51

    AMEA Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Səlimovun həmmüəllifi olduğu elmi məqalə nüfuzlu Elsevier nəşriyyatının “Current Opinionin Environmental Sustainability” impakt faktorlu jurnalında çap olunub.(https://doi.org/10.1016/j.cosust.2018.02.004)

    İnstitutdan Hurriyyet.org-a verilən məlumata görə, “Planetar davamlılıqda gənc mütəxəssislərin vacibliyi” (Early-career experts essential for planetary sustainability) adlı unikal məqalənin hazırlanmasında Biomüxtəliflik və Ekososistem Xidmətləri üzrə Hökümətlərarası Elm-Siyasət Platformasının (IPBES) Qlobal Qiymətləndirmə Ekspert qrupunun 16 gənc mütəxəssisi iştirak edib.

    Məqalədə gənc mütəxəssislərin nəsillər arasında körpü olmaqla kompleks problemlərin həlli üçün yeni yolların hazırlanmasında əsas rolundan bəhs edilir. Müəlliflər karyera potensialının artırılmasını nəzərdə tutan beynəlxalq, sahələrarası və davamlı inkişaf üzrə 16 proqramı təhlil ediblər. Bu proqramlar çərçivəsində gənc mütəxəssislərin ixtisasartırma treyninqlərinin gələcəkdə davamlı inkişaf liderlərinin təlimi, nəsillərarası öyrənməyi və fikir mübadiləsini təşviq edən güclü institusional əməkdaşlıq üçün vacibliyi statistik faktlarla sübut olunub.