Azərbaycanlı aktyor Rusiyada vəfat etdi

    27

    Azərbaycanlı aktyor Rusiyada vəfat edib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, Rusiyanın Moskva vilayəti, Serpuxov Şəhər Musiqili Dram Teatrının aktyoru Ramil Əzimov uzun sürən xəstəlikdən sonra 41 yaşında dünyasını dəyişib.

    R.Əzimov 2006-cı ilədək Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru olub. O, sonradan Rusiyaya köçüb və orada aktyor fəaliyyətini davam etdirib.

    Aktyor xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

    R.Əzimovla bu gün yerli vaxtla saat 13:30-da Serpuxov Şəhər Musiqili Dram Teatrının səhnəsində vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra onun cənazəsi Bakıya gətiriləcək.

    Qeyd edək ki, R.Əzimov 1978-ci il dekabrın 8-də Bakı şəhərində anadan olub.

    Allah rəhmət eləsin!