“Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağa ehtiyac var” – ELXAN ŞAHİNOĞLU

6

“Önəmli olan iki ölkə arasındakı hərbi əməkdaşlığın miqyasını artırmaqdır”

“Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan bir neçə saatdan sonra Bakıda olacaq. Paytaxtımızda iki ölkə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək”.  Hurriyyet.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Şahinoğlunun sözlərinə görə, Şuranın məqsədi və mütəmadi toplantılarının keçirilməsinin hədəfi iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyətini təhlil etmək və yeni istiqamətləri müəyyənləşdirməkdir: “Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığımız gündən–günə inkişaf edir” – bu Ərdoğanın Azərbaycana səfərindən əvvəl keçirdiyi mətbuat konfransında dediyi sözlərdir”.

“Hərbi-sənaye komplekslərinin birgə istehsala başlamaları vacibdir”

““Atlas” Araşdırmalar Mərkəzinin hələ ötən ilin sonunda yaydığı analizində vurğulanmışdı ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağa ehtiyac var, hərbi-sənaye komplekslərinin birgə istehsala başlamaları vacibdir. Ayrıca, qarşılıqlı investisiyaların həcmi artır. Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 11 milyard, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın 20 milyard dollara yaxınlaşır. Bunlar öz yoluyla gedir. Önəmli olan yenə də təkrar edirəm, iki ölkə arasındakı hərbi əməkdaşlığın miqyasını artırmaqdır. İndiki vəziyyətdə bu, bizim üçün daha vacibdir”,-deyə politoloq vurğulayıb.

 Şamo EMİN, Hurriyyet.org