Azərbaycanın Milli Təhlükəsizliyinin təminatı və regional münasibətlər – II YAZI

    12

    Azərbaycan Respublikası milli təhlükəsizliyinin prioritetləri beynəlxalq hüquq, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktının prinsipləri əsasında sülh yolu ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli; qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması; Avropa və Transatlantika təhlükəsizlik, siyasi və iqtisadi institutlarına inteqrasiya; Xəzər dənizinin milli sektorlara bölünmə prinsipi əsasında hüquqi statusunun müəyyən edilməsi; Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi iqtidarında olan, NATO standartlarına uyğun və beynəlxalq sülhməramlı əməliyyatlara töhfə verə bilən milli müdafiə sisteminin qurulması; Xəzərin Azərbaycan sektorundakı neft yataqları və neft platformalarının təhlükəsizliyinin təmin edilməsi, ölkənin karbohidrogen resurslarının dünya bazarlarına ixrac edilməsi; Avropa-Cənubi Qafqaz-Mərkəzi Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi; beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı yönələn beynəlxalq əməkdaşlıq tədbirlərində iştirak; siyasi sistemin təkmilləşdirilməsi və hüquqi islahatların dərinləşdirilməsi yolu ilə Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etdirilməsi; açıq bazar iqtisadiyyatının qurulması, işsizlik və yoxsulluğun azaldılmasıdır.

    Milli təhlükəsizliyin prioritet vəzifələri

    Milli təhlükəsizliyi təmin edən orqanlar. Dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər, hüquqi və fiziki şəxslər siyasi, iqtisadi, hərbi, sosial, informasiya, ekologiya, elm, mədəniyyət, mənəviyyat və digər sahələrdə Azərbaycanın milli təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilən tədbirlərdə ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada iştirak edirlər. Ölkə Konstitusiyasına əsasən Azərbaycan Respublikasının Prezidenti dövlət müstəqilliyinin, ərazi bütövlüyünün təminatçısıdır. Dövlət başçısı Təhlükəsizlik Şurasını, eləcə də özünün konstitusiya səlahiyyətləri çərçivəsində milli təhlükəsizliyi təmin edən qüvvələri və dövlət orqanlarmı yaradır, həmin qurumlara rəhbərlik edir. Prezident ordu quruculuğuna, hərbi əməliyyatların aparılmasına rəhbərlik edir, hərbi doktrinanı parlamentin təsdiqinə verir, Silahlı Qüvvələrin (SQ) Ali Baş Komandanının funksiyalarmı həyata keçirir, SQ-nin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad edir, ali hərbi və ali xüsusi rütbələr verir. Dövlət başçısı ümumi və qismən səfərbərlik elan edir, səfərbərlik üzrə çağırışları tərxis edir. O, SQ-nin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi barədə ölkə parlamentinə təqdimat verir və sonuncunun razılığı ilə müharibə elan edir və sülh bağlayır. Prezident ölkə ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycana müharibə elan etdikdə, respublikaya qarşı real silahlı hücum təhlükəsi yarandıqda, ölkənin ərazisi blokadaya alındıqda, habelə belə blokada üçün real təhlükə olduqda Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə fərmanı 24 saat müddətində parlamentin təsdiqinə verir. Dövlət başçısı təbii fəlakətlər, epidemiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə ölkənin ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində parlamentin təsdiqinə verir.

    Təhlükəsizlik konsepsiyasının hədəfləri

    Təhlükəsizlik Şurası Təhlükəsizlik Şurası Prezidentin yanında məşvərətçi orqandır. O, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 27-ci bəndinə uyğun olaraq Prezident tərəfindən yaradılır. Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində Prezidentin öz Konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir. Təhlükəsizlik Şurası 1997-ci il aprelin 10-da Prezidentin Fərmanı ilə yaradılmışdır. Fərmana əsasən, Şuranın tərkibinə aşağıdakı vəzifəli şəxslər daxil edilmişdir: Milli Məclisin sədri, Baş nazir

    Prezidentin Administrasiyasının rəhbəri, Xarici siyasət məsələləri üzrə dövlət müşaviri, Hərbi işlər üzrə dövlət müşaviri, Baş prokuror, Xarici işlər naziri, Müdafiə naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Daxili işlər naziri, Təhlükəsizlik Şurasının iclaslarına Prezident sədrlik edir. Şuranın Katibi funksiyalarını Prezidentin Administrasiyasının rəhbəri yerinə yetirir. Administrasiyanın rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydası Administrasiya rəhbərinin təqdimatı əsasında Prezident tərəfindən müəyyənləşdirilir. Ölkə Konstitusiyasına əsasən Milli Məclisi (MM) fövqəladə və hərbi vəziyyət rejimləri, müdafiə və hərbi qulluq, təhlükəsizliyin əsasları, ərazi quruluşu və dövlət sərhəd rejimi məsələlərinə dair ümumi qaydaları müəyyən edir, ölkə prezidentinin təqdimatına əsasən respublikanın hərbi doktrinasını təsdiqləyir, dövlət başçısının təqdimatına əsasən SQ-nin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə, eləcə də prezidentin müraciətinə əsasən müharibə elan edilməsi və sülh bağlanmasına razılıq verir. Parlament həmçinin hərbi və fövqəladə vəziyyətin tətbiqi barədə, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda Prezidentin fərmanlarmı təsdiq edir.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti (NK) ölkə hökuməti olaraq, mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir; müxtəlif sahələrə dair məqsədli proqramların həyata keçiril-məsini, eləcə də milli təhlükəsizliyi təmin edən qüvvələri və orqanları maddi və maliyyə resursları ilə təmin edir. Nazirlər Kabineti SQ-nin vəziyyətinə görə məsuliyyət daşıyır. NK SQ-nin silah, hərbi texnika, döyüş sursatı və s. başqa resurs və xidmətlərlə təchiz olunmasını təşkil edir. Hökumət həmçinin ölkə iqtisadiyyatının səfərbərlik hazırlığına və səfərbərlik üzrə işə başlamasına, onun hərbi vəziyyət şəraiti rejiminə keçirilməsinə rəhbərlik edir, mülki və ərazi müdafiəsinin ümumi planlaşdırılmasını təşkil edir, silahların və strateji materialların ixracı üzərində nəzarəti təşkil edir, hərbi qulluqçuların, hərbi qulluqdan ehtiyata və ya istefaya buraxılmış şəxslərin, onların ailələrinin sosial və hüquqi təminatlarına dair qanunvericiliyin icrasını təmin edir. Qanunvericiliyə uyğun olaraq, məhkəmələr ədalət mühakiməsini həyata keçirir və bu zaman ölkə Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarmı və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarmı və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir. Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla prokurorluq cinayət işi başlayır və ibtidai istintaq aparır; cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir; təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir; məhkəmədə mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir; məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir.

    Avropa standartları çərçivəsində təhlükəsizlik qaydaları

    Azərbaycan Respublikasının vətəndaşları ölkə qanunvericiliyinə əsasən milli təhlükəsizliyin təmin olunmasında iştirak edirlər. Bu, seçki, referendum və qanunla müəyyən olunmuş digər demokratik vasitələrlə Azərbaycanın milli maraqları və onların müdafiəsinin yolları haqda öz fikir və təkliflərini ifadə və icra etmək; qanunvericiliklə nəzərdə tutulmuş qaydada respublikanın milli təhlükəsizliyinin təmin olunması məqsədilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərə-findən hazırlanmış tədbirləri könüllü və ya konstitusiya vəzifələrinin yerinə yetirilməsi şəklində həyata keçirmək; ölkə həyatının müxtəlif sahələrində təzahür edən təhlükəli hallara dövlət və ictimai təsisatların diqqətini cəlb etmək, bütün qanuni vasitələrlə dövlətin təhlükəsizliyi, habelə hüquq və maraqlarının müdafiə olunmasına çalışmaq yolu ilə təmin olunur. Milli təhlükəsizliyin təminatının vasitə və metodları. Azərbaycan öz milli təhlükəsizliyini sərəncamında olan bütün siyasi, iqtisadi, hərbi, hüquqi və digər vasitə və metodlarla birtərəfli qaydada və yaxud beynəlxalq müqavilələrə müvafiq olaraq təmin edir.

    Milli təhlükəsizliyin təminatı ilə bağlı beynəlxalq əməkdaşlıq ölkənin Avro-Atlantika institutlarına inteqrasiyasını, ATƏT-in Minsk qrupunun mandatına uyğun olaraq Ermənistan-Azərbaycan münaqişəsinin həllini, qonşu dövlətlərlə ikitərəfli, eləcə də Cənubi Qafqaz və GUAM qrupu çərçivəsində regional əməkdaşlığın genişləndirilməsini, Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə antiterror koalisiyasının üzvü qismində iştirakmı ehtiva edir. Avro-Atlantika məkanında təhlükəsizlik və sabitliyin güclənməsinə töhfə verən Sülh Naminə Tərəfdaşlıq (SNT) Proqramının iştirakçısı kimi, bu məkanda əməkdaşlığın dərinləşdirilməsi, SNT və Avro-Atlantika Təhlükəsizlik Şurası çərçivəsində NATO-ya üzv və tərəfdaş dövlətlərlə siyasi, hərbi, mədəni əməkdaşlığın genişləndirilməsi, Avro-Atlantika siyasi, iqtisadi və təhlükəsizlik strukturlarına inteqrasiya Azərbaycanın strateji məqsədlərindən biridir. Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində, hər iki dövlətin ərazi bütövlüyü, Dağlıq Qarabağın (DQ) bütün əhalisi üçün təhlükəsizlik təminatı, DQ-a ölkə tərkibində geniş muxtariyyət verilməsi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması prinsipləri əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. Eyni zamanda, Azərbaycan Respublikasının suveren hüquqlarını məhdudlaşdıran, dövlət müstəqilliyinin itirilməsinə yönələn, yaxud Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura bilən beynəlxalq müqavilələrin bağlanılmasına yol verilmir.

    “Hürriyyət”