Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi qadın Türkiyə vətəndaşlığını qəbul edib

    6

    Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Türkiyə vətəndaşlığını qəbul edib.

    Astara Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) və 243-cü (Fahişəliyə cəlb etmə) maddələri ilə axtarışda olan Həsənova Mətanət Əhməd qızı Türkiyə vətəndaşlığını qəbul etdiyi üçün onun barəsində axtarışa xitam verilib.

    Qeyd edək ki, Həsənova (Əbilova) Mətanət Əhməd qızı 1963-cü ildə Göyçay şəhərində anadan olub. 2008-ci ildə barəsində axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. \\Report

    Hurriyyet.org