“Azərbaycanın gündəliyində KTMT-yə qoşulmaq məsələsi yoxdur” – Hikmət Hacıyev

    15

    Azərbaycanın gündəliyində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulmaqla bağlı məsələ yoxdur.

    Hurriyyet.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

    Hal-hazırda belə bir məsələ yoxdur. Azərbaycan hər hansı status üçün müraciət etməyib. Yəni, bizdə bu əsnada hər hansı müzakirə aparılmır”, – deyə Hikmət Hacıyev qeyd edib.

    Ermənistan tərəfinin bunun əleyhinə olması ilə bağlı İrəvanın bəyanatlarına münasibət bildirən şöbə müdiri vurğulayıb ki, görünür, Ermənistan tərəfinin müxtəlif səviyyələrdə fobiyası var: “Azərbaycan müraciət etmədiyi halda belə, o fobiya və koplekslərdən irəli gələrək, Ermənistan hər bir məsələni diplomatik çərçivədən kənar şəkildə müzakirə etməyə cəhd göstərir”./apa/