“Azərbaycanı dayanıqlı ölkəyə çevirmək üçün 3 sütun var” – RÖVŞƏN AĞAYEV

45

“Yerdə qalan bütün şərtlər onların üzərində bərqərar olmalıdır”

“Azərbaycanı hazırkı neftdən asılı, zəif və dayanıqsız iqtisadiyyatı olan, sivil siyasi münasibətlərin formalaşmadığı ölkədən daha dayanıqlı, “insan kapitalı” hesabına ayaqda qalan, rəqabətçi siyasi mühiti olan ölkəyə çevirmək üçün şərtlər həddən artıq çoxdur”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev qeyd edib.

Ağayevinin fikrincə, əsas 3 sütun var ki, yerdə qalan bütün şərtlər onların üzərində bərqərar olmalıdır:

“1. Nepotizmə qarşı meritokratiya

2. Yüksək siyasi və iqtisadi mərkəziyyətə qarşı əksmərkəzləşmə

3. Həddən artıq qapalı ictimai-siyasi münasibətlər sisteminə qarşı açıq və iştirakçı (qatılımçı) münasibətlər sistemi”.

R.Ağayev hesab edir ki, bunlar fundamental səbəblərdir: “Yerdə qalanlar nə qədər vacib görünsələr də,  onlardan törəmədir. Bünövrədən başlamayanda törəmə problemlərin həllinə yönəlik ən yaxşı təşəbbüslər belə ağrıkəsici effekt verir..”.

Şamo EMİN, Hurriyyet.org