Azərbaycandan gedən turistdə tapılan virus qorxulu deyil – BAŞ PEDİATR DANIŞDI

15

Azərbaycanın baş pediatrı Nəsib Quliyev Gürcüstana Azərbaycandan gedən çinli uşaqların virusa yoluxması ilə bağlı xəbərlərə münasibət bildirib.

Hurriyyet.org xəbər verir ki, o, Modern.az-a açıqlamasında Azərbaycanda uşaqlar arasında koronovirusa yoluxma hallarının olmadığını bildirib:

“Uşaqlardan birində “A” tipli virus aşkarlanıb. Bu isə koronovirus deyil. Mətbuatda məlumatların bu cür təqdim edilməsi, əhalinin təşvişə salınması yolverilməzdir.

Gürcüstan mətbatında bildirilib ki, uşaqlarda “A” tipli virusu aşkarlanıb. Onlar da Çin vətəndaşıdırlar və turist kimi Azərbaycanda olublar”.

Baş pediatr qrip xəstəliyinin təhlükələri nədirsə, “A” tipli virusun da eyni təhlükələri daşıdığını bildirib:

“Qripin”A”, “B”, “C” və s. 13 növü var. “A” tipli qripi üçün də peyvənd mövcuddur. Narahatlıq üçün əsas yoxdur”.

Gürcüstan mətbuatının məlumatına görə, Tbilisi İnfeksiya Xəstəxanasında müalicə alan 4 nəfərdən ikisi çinli uşaqlardır. Hər iki uşaq Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda olub. Azyaşlılarda “A” tipli qrip virusu təsdiqlənib.