Bakıdan Gürcüstana təxliyə olunan gənc cütlüyün koronavirusa yoluxması təsdiqlənib.
Hurriyyet.org report-a istinadən xəbər verir ki, onlar Kutaisi şəhərinin Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.
Klinikadan bildirilib ki, ər-arvad Tsxaltubo şəhərindəki karantin zonasında olublar. Həkimlər hər iki şəxsin vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Cütlüyün müalicəsi davam etdirilir.