Azərbaycanda yük maşını minik avtomobili ilə toqquşdu: ÖLƏNLƏR VAR – ADLAR – YENİLƏNİB

    3

    Bakı-Quba yolunun Siyəzən rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş vermiş yol qəzasında 3 nəfər ölüb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, gecə saat 02:00 radələrində baş verən qəzada 38 yaşlı Elxan Şövkət oğlu Əhmədovun idarə etdiyi "Renault" markalı avtomobillə "KamAZ" markalı yük avtomobili toqquşub.

    Nəticədə sürücü – Siyəzənin Böyük Həmyə kənd sakini Elxan Əhmədov, onun sərnişinləri – Siyəzən sakinləri, 26 yaşlı Şamo Zəbiulla oğlu Əliyev, 29 yaşlı Turan Mahir oğlu Əsgərov hadisə yerində ölüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    ***

    Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunda "KamAZ" markalı yük avtomobili və "Renault" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

    FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.