Azərbaycanda vəzifəli şəxs iş başında dünyasını dəyişdi

    9

    Salyan rayonunda idarə rəisi iş otağında dünyasını dəyişib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə "Azərpoçt" MMC-nin Salyan filialında baş verib.

    Belə ki, filialın rəisi, Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Mehdiyev Elxan Ərəstun oğlu otağında dünyasını dəyişib.

    Qeyd edək ki, E.Mehdiyev bu vəzifəyə kimi bank sistemində rəhbər vəzifələrdə işləyib.