Azərbaycanda toylar azalıb, restoranlar güzəştə getməyə məcbur olub – VİDEO

    18

    Azərbaycanda may ayında toy keçirilməməsi adəti hələ də qalmaqdadı.

    Hurriyyet.org-un məlumatına görə, restoranların bu ayda toy sifarişləri olduqca az olur. Bu isə restoran sahiblərinin may ayında müştərilərə müəyyən güzəştlərə getməsinə səbəb olur.

    Restoran inzibatçılarının sözlərinə görə, may ayında toy etməmək əvvəllər daha çox yayılmışdır.

    Bundan başqa, müştərilərə qiymət endirimləri də edilir. Belə ki, qiymətləri 35-50 manat arasında dəyişən bəzi restoranlarda may ayında müştərilərə təxminən 3-5 manat arasında endirim edilir.

    Nisbətən bahalı şadlıq evlərində isə endirimin faizi daha çox olur. Adi vaxtlarda bir nəfər üçün qiyməti 80-180 manat arasında dəyişən şadlıq evlərində may ayında toy sahiblərinə 10-15 manata qədər güzəşt edilir.

    Restoranlar bu cür endirimlər etməklə may ayında toy etməmək kimi bir adəti müəyyən mənada aradan qaldırmaga çalışırlar. \Xezerxeber.az\

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: