Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ

    30

    Şirvan şəhərində kütləvi zəhərlənmə olub.

    Hadisə şəhər ərazisindəki "Yeganə" şadlıq sarayında baş verib.

    Belə ki, toy mərasimi zamanı istifadə edilmiş tüstü yayan pirotexniki vasitə qonaqlar arasında zəhərlənməyə səbəb olub. Nəticədə 6 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdiriliblər.

    Faktın təfərrüatları araşdırılır. \\APA