Azərbaycanda SİLAHLI İNSİDENT – Evinə gələn qonaqları güllələdi

    9

    Biləsuvar rayonunda silahlı insident baş verib.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, iyulun 20-də Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayan E.Zeynalov evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə oraya gəlmiş Sumqayıt şəhər sakinləri – bibisi oğlu C.Məmmədova və onun dostu N.İsmayılova xəsarət yetirib.

    Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Zeynalov saxlanılıb və hadisə zamanı istifadə etdiyi müvafiq sənədləri olan “İJ-27E” markalı ov tüfəngi götürülüb.

    Araşdırma aparılır.