Azərbaycanda sərnişin avtobusu ağır qəza törətdi – ÖLƏN VAR

    6

    Qazax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 16-da saat 8 radələrində Qazax şəhəri ərazisində Ağstafa rayon sakini E.Hüseynov idarə etdiyi "Otoyol" markalı avtobusla həmyerlisi İradə Tanrıverdiyevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

    Qazax RPŞ tərəfindən araşdırma aparılır.