Azərbaycanda Ramazan ayının başlayacağı vaxt dəqiqləşdi

    9

    Azərbaycanda müsəlmanların müqəddəs Ramazan ayının 1-i mayın 17-nə təsadüf edir.

    Hurriyyet.org bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) apa-ya verilən məlumata görə, bu, idarənin tərtib etdiyi təqvimdə əks olunub.

    Təqvimə görə, Ramazan ayının son günü iyunun 14-ə təsadüf edir. Ramazan bayramı, Şəvval ayının 1-i və 2-si isə iyunun 15-16-a təsadüf edir.

    Sabah QMİ-də Ramazan ayının başlanması ilə bağlı Qazilər Şurasının fətvası açıqlanacaq.