Azərbaycanda “İrəvan” klubu yaradıldı, ermənilər təşvişə düşdü

    24

    Azərbaycanda "İrəvan" adlı futbol klubu yaradılıb. Yeni klub Region Liqasında mübarizə aparacaq.

    Hurriyyet.org milli.az-a istinadən xəbər verir ki, "İrəvan" Qərbi Azərbaycanın tarixi paytaxtını təmsil edir və əslən bu bölgədən olan bir qrup iş adamı klubu yaradıb. "İrəvan" ev oyunlarını Abşeron Olimpiya Kompleksində keçirməyi planlaşdırır.

    Bu klubun yaranması xəbəri Ermənistan mətbuatını bir-birinə vurub. Sosial şəbəkələrdə erməni istifadəçilər etirazlara başlayıblar.