Azərbaycanda qanunsuz ov edən əcnəbilər saxlanıldı

    18

    Biləsuvar rayonu ərazisində icazəsiz ov edən Qətər vətəndaşı Khalid Abdulla Al-tani və Səudiyyə Ərəbistanı vətəndaşı Alghamadi Ali Jameel saxlanılıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, onlardan adı Azərbaycanın “Qırmızı Kitabı”na düşən bəzgək quşları götürülüb və təbiətə buraxılıb.

    Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 5980 manat məbləğində ziyan və cərimə tətbiq edilib. Masallı rayonunda icazəsiz ova cəhd edən Sığıncaq kənd sakini Amid Hacıyev saxlanılıb və ondan ov tüfəngi götürülüb. Faktla bağlı brakonyer barəsində akt, protokol tərtib olunub və ona 1000 manat məbləğində cərimə tətbiq edilib.