Azərbaycanda pul bazasının məbləği məlum oldu

6

Bu il martın 1-nə Azərbaycanda pul bazası 12 112,4 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 3,7% azdır.

İlin əvvəlinə nisbətən pul bazası 0,3% azalıb, son 1 ildə isə 34,4% artıb.