Azərbaycanda polis həmkarını maşınla vurub öldürdü

    9

    Ağstafa rayonu ərazisində polis avtomobili ilə digər polis əməkdaşını vuraraq öldürüb.

    Hurriyyet.org oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı magistral yolda hərəkətdə olan polis avtomobili avtobusdan düşən digər polis əməkdaşını vurub.

    Nəticədə, 1982-ci il təvəllüdlü Fərhad Abdullayev adlı polis əməkdaşı həyatını itirib.

    Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilib.

    Faktla bağlı araşdırma aparılır.