Azərbaycanda narkobaron və oğlu güllələnərək öldürüldü – YENİLƏNİB

9

Yardımlıda güllənən şəxslərin adları məlum olub.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, onlar masallı rayon sakinləri – Kərimov Şəmsəddin Fəxrəddin oğlu və onun oğlu, Kərimov Niyaməddin Şəmsəddin oğludur.

Hər iki şəxsin öldüyü bildirilir. 

***

Yardımlıda ata və oğlu güllələnib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün Yardımlı rayonunda baş verib. İlkin məlumata görə, Masallı sakini əmisini və əmisi oğlunu güllələyib.

Faktla bağlı araşdırma aparılır. 

Gülələnənlərdən biri "Baron Şəmi" ləqəbi ilə tanınan narkobaron Şəmsəddin Kərimovdur.