Azərbaycanda məktəb koronavirusa qarşı belə dezinfeksiya olunur – NAZİRLİKDƏN AÇIQLAMA – FOTO

3

Azərbaycanda məktəbdə koronavirusa qarşı aparılan fərqli dezinfeksiya işləri tənqid olunub.

Hurriyyet.org unikal.org-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotonun Göyçay rayon Nizami adına 7 № tam orta məktəbdə çəkildiyi iddia olunur. Fotoda üzərində xüsusi geyim olmayan şəxs əlində olan içki qabında doldurulmuş mənşəyi bilinməyən maddəni sinif otağının qapısına səpir.

Məsələ ilə bağlı Təhsil nazirliyindən unikal.org-a bildirilib ki, sözügedən məktəbdə dezinfeksiya işlərinin aparılma keyfiyyəti aydınlaşdırılıb, ictimaiyyətə bu barədə məlumat veriləcək.

Koronavirusa qarşı belə dezinfeksiya işləri aparıldı- Nazirlik keyfiyyəti araşdıracaq