Azərbaycanda koronavirus şübhəsi olan xəstə aşkarlanıb? – RƏSMİ AÇIQLAMA

9

“Azərbaycanda koronavirus şübhəsi olan xəstə hələlik aşkarlanmayıb”.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.

“Əgər belə hal aşkar olunsa, nəzərdə tutulan tibb müəssisələrində lazımi şərait yaradılıb. Həmçinin, mərkəzi rayon xəstəxanalarında da palatalar ayrılıb.

Lazımi dərman preparatları və digər ləvazimatlarla təminat yüksək səviyyədə təşkil olunub”.