Bu gün günorta saatlarında Salyan rayonunun Noxudlu kəndində Kür çayında iki qardaş böğulub.
Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, Kür çayında çimmək istəyən kənd sakinləri olan iki qardaş – 13 yaşlı Ramal Seymur oğlu Sadıqov və 16 yaşlı Rəvan Seymur oğlu Sadıqov batıblar.
Hazırda hadisə yerinə gələn FHN-nin dalğıc-xilasediciləri çayda batmış uşaqların cəsədlərinin axtarışlarına başlayıblar.