Azərbaycanda dərslərin dayandırılması fikirləri barədə rəsmi açıqlama

6

"Koronavirus epidemiyası ilə bağlı mübarizə ilk gündən diqqət mərkəzindədir. Artıq yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb və proses növbəti günlərdə də davam edəcək".

Hurriyyet.org report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

O qeyd ki, məktəblərdə fəaliyyət göstərən qərargaha toplanan müvafiq məlumat təhlil olunur və nəticələr barədə qərar qəbul edilir.

Nazirlik rəsmisi eyni zamanda məktəblərdə təhsilin dayandırılması ilə bağlı fikirlərə də münasibət bildirib:

"Hələlik bu barədə heç bir qərar verilməyib. Mövcud vəziyyət müzakirə edilir və bu barədə hər hansı qərar qəbul edilərsə ilk növbədə mətbuat məlumatlandırılacaq".