Azərbaycanda dəhşətli qəza: Ölənlər var, ikisi qardaşdır

    21

    Şəmkir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

    Qəza zamanı ağır xəsarət almış yaralılardan biri xəstəxanada vəfat edib

    Bununla da qəzada ölənlərin sayı üç nəfərə çatıb. Məlumata görə, ölənlərdən ikisi qardaşdır. 

    Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

    Faktla bağlı araşdırma aparılır. \\Report