Azərbaycanda bu məhsullar vergidən azad ediləcək

    27

    Azərbaycanda kənd təsərrüfatı sahəsində bir sıra mallar və məhsullar vergi ödəməkdən azad edilir.

    Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

    Hazırda kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğular, maşın, avadanlıq və texnikaların idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib.

    Məcəlləyə təklif edilən yeni əlavəyə görə, kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğularla yanaşı, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışına görə ƏDV tutulmayacaq./Trend/