Azərbaycanda bir ailənin zəhərlənməsinin TƏFƏRRÜATI

9

Siçan dərmanından zəhərlənmə ehtimalı ilə xəstəxanaya yerləşdirilən ailənin vəziyyəti nəzarət altınadaır.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov Lent.az -a bildirib ki, onların vəziyyəti ilə bağlı nəsə demək hələ ki çətindir: “3 sutka keçməmiş xəstələrin vəziyyəti ilə bağlı qərar vermək çətindir. Müayinələri aparılıb, hazırda nəzarət altındadırlar. Zəhərlənənlər daxil olanda huşları yerində idi”.

A.Maqsudov onu da bildirib ki, ailənin zəhərlənməsinə səbəb çörək hazırladıqları un olub: “Ailə undan çörək hazırlayıb və yedikdən sonra zəhərlənib. Zəhərlənmə siçan dərmanı yox, una qatılmış qatqıdan baş verib. Çörək hazırlanan həmin undan nümunə götürüləcək və laboratoriya analizi aparılacaq. Bundan sonra həmin qatqının nə olduğu müəyyənləşəcək”.

Qeyd edək ki, Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.

Məlumata görə, şəhər sakinləri – Elnur Şıxəliyev, Gülçiçək Şıxəliyeva, Məhəmməd Şıxəliyev, Könül Şıxəliyeva və Gülminə Şıxəliyeva siçan dərmanından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.