Azərbaycanda avtoritetlər arasında atışma – YARALANANLAR VAR

    6

    Şamaxı rayonunda silahlı insident olub.

    Hurriyyet.org qafqazinfo-ya istinadən xəbər verir ki, Hadisə iyunun 6-da baş verib. Kriminal aləmin 10-a yaxın üzvü arasında baş verən atışmada bir neçə nəfər yaralanıb.

    Şamaxı Rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb və hazırda istintaq davam etdirilir. Prokurorluq hadisə bağlı əlavə məlumat verməkdən imtina edib.