“Azərbaycanda 539 Çin vətəndaşı var” – Vüsal Hüseynov

9

"Koronavirusla əlaqədar ölkəmizə gələn əcnəbilərin sayında azalma müşahidə olunur".

Hurriyyet.org xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

O, Çin vətəndaşlarının ölkəyə gəlməsi məsələsinə də aydınlıq gətirib:

"Martın 3-nə olan rəqəmə görə ölkədə 539 Çin vətəndaşı var ki, onların 69-u fevralın 1-dən sonra gəlib. 2 aya yaxındır koronavirus təhlükəsi ilə bağlı, Çinə bütün aviareyslər məhdudlaşdırılıb. Həmçinin ölkəmizə gələn əcnəbilərin sayı azalıb, çünki elektron vizaların verilməsi məhdudlaşdırılıb. Ölkədə Çin vətəndaşları var. Onların ölkədə olma müddəti bitirsə, ölkəni tərk etməsi mümkün deyilsə, DMX tərəfindən vəziyyət nəzərə alınır".

DMX rəisi Azərbaycana suriyalı qaçqınların gəlməsi ilə bağlı heç bir müraciət olmadığını da bildirib./report/