Azərbaycanda 15 yaşayış məntəqəsinin adı dəyişdirilir – SİYAHI

    9

    Azərbaycanın 15 rayonunda kənd və qəsəbə adları dəyişdirlir.

    Hurriyyet.org fed.az-a istinadən xəbər verir ki, Göyçay, Goranboy, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Oğuz, Saatlı, Samux, Şəmkir, Yevlax, Masallı, Ağsu və Astara rayonlarının bəzi kəndlərinin və qəsəbələrinin adları dəyişdirilir.

    Bunlar aşağıdakılardır:

    Ağsu rayonu üzrə:

    Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi – Xanbulaq kəndi adlandırılacaq;

    Astara rayonu üzrə:

    Kakalos kəndi- Qamışovka kəndi adlandırılacaq;

    Göygöl rayonu üzrə:

    Xanlar qəsəbəsi – Ağdam qəsəbəsi adlandırılacaq;

    Mixayılokva kəndki – Bənövşəli kəndi adlandırılacaq;

    Xızı rayonu üzrə:

    Altıağac kənd inzibati ərazi dairəsi tərkibindəki Klyuç kəndi – Safbulaq kəndi adlandırılacaq;

    Qazax rayonu üzrə:

    Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Komuna kəndi – Balaçaylı kəndi adlandırılacaq;

    Qusar rayonu üzrə:

    Şirvanovka kəndi – Şirvanlı kəndi adlandırılacaq;

    Masallı rayonu üzrə:

    Kalinovka kəndi – Viləş kəndi adlandırılacaq;

    Oğuz rayonu üzrə:

    Astaraxanovka kəndi – Çayqovuşağı kəndi adlandırılacaq;

    Saatlı rayonu üzrə:

    Qarayev kəndi – Orta Muğan kəndi adlandırılacaq;

    Samux rayonu üzrə:

    Əlibayramlı kəndi – Sarıqaya kəndi adlandırılacaq.