“Azərbaycanda yoluxma sayı 10324 nəfər olması çox həyəcanverici amil hesab olunmalıdır” – ELŞAD MUSAYEV

105

“Dövlət öz üzərinə düşənləri, biz də vətəndaş olaraq üzərimizə düşənləri məsuliyyətlə yerinə yetirməklə pandemiyanın caynağından xilas ola bilərik”

“Koronavirus pandemiyası dünyanın, o cümlədən də, ölkəmizin əsas gündəm məsələsi olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, Azərbaycanda yoluxma sayı 10324 nəfər olmaqla dünya sıralanmasında 60-cı, gündəlik yoluxma sayı 367 nəfər olmaqla 27-ci, ölü sayısı 122 nəfər olmaqla 66-cı, milyon nəfərə görə ölü sayısı 12 nəfər olmaqla 87-ci yerdəyik”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevə məxsusdur.

Partiya sədrinin sözlərinə görə, rəqəmlərdən aydın görünür ki, digər göstəricilər indiyədək vəziyyətin sabit olduğunu göstərsə də, bir göstərici- gündəlik yoluxmanın 367 nəfər olması və bunun dünyada koronavirusa yoluxanlar arasında 27-ci nəticə olması çox həyəcanverici amil hesab olunmalıdır: “Doğrudan da çox pis göstəricidir. Biz həm özümüzü, həm də ölkəmizi vəziyyətdən çıxarmaq üçün daha məsuliyyətli olmaq zorundayıq. Dövlət öz üzərinə düşənləri, biz də vətəndaş olaraq öz üzərimizə düşənləri məsuliyyətlə yerinə yetirməklə pandemiyanın caynağından xilas ola bilərik. Başqa yol yoxdur”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org