Azərbaycanda daha 6 nəfər koronavirusdan öldü – 338 YENİ YOLUXMA VAR

78

Azərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 11 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4 998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.